Estetik restavrasiya və kompozit vinir
Qırılmış, rəngi dəyişmiş və ya aralı dişlərin kompozit materialla təbii görünüşdə bərpası.
Xidmətlər
Dr. Vəfa Məmmədova Şəkidə «Sağlam Təbəssüm» klinikasında terapevtik, ortopedik, ortodontik və uşaq stomatologiyası üzrə qəbul edir. Hər müalicə müayinədən sonra dişlərin vəziyyətinə, xəstənin şikayətinə və gözləntisinə uyğun planlaşdırılır.
Dişin öz toxumalarını qoruyan müalicələr.
Qırılmış, rəngi dəyişmiş və ya aralı dişlərin kompozit materialla təbii görünüşdə bərpası.
Pulpit və periodontitdə kök kanallarının müalicəsi, natamam doldurulmuş kanalların təkrar işlənməsi.
Diş daşının təmizlənməsi, AirFlow, gingivitin müalicəsi və dişlərin ağardılması.
İtirilmiş və ya ciddi zədələnmiş dişlərin bərpası.
Qapaqlar və körpülər: köhnə konstruksiyaların yenilənməsi, fərdi rəng və forma seçimi.
Total, hissəvi çıxan, bügel və elastik Deflex protezlər.
İmplant və implantüstü zirkonium, metal-keramik qapaqlarla dişlərin bərpası.
Dişləmin korreksiyası, uşaqların müalicəsi və kiçik cərrahi müdaxilələr.
Diş sırası əyriliyi, açıq və dərin dişləm, III sinif anomaliya, genişləndirici aparatlar.
Süd və daimi dişlərin müalicəsi, gigiyena təlimi, travmadan sonra bərpa.
Ağıl dişinin çəkilməsi və «gummy smile» — güləndə diş ətinin çox görünməsinin korreksiyası.
Müalicənin növü, mərhələləri və müddəti yalnız müayinədən sonra müəyyən olunur. Saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır.
Qəbul
Şikayətinizi qısa yazın və ya zəng edin — qəbul vaxtı sizinlə razılaşdırılacaq.