Həkim haqqında
Dr. Vəfa Məmmədova
Şəkidə fəaliyyət göstərən həkim-stomatoloq. 2005–2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2010-cu ildən stomatoloq kimi çalışır və hazırda «Sağlam Təbəssüm» klinikasında qəbul edir.
Bioqrafiya
Dr. Vəfa Məmmədova Şəkidə qəbul edən həkim-stomatoloqdur. Azərbaycan Tibb Universitetini 2010-cu ildə bitirib və o vaxtdan stomatoloq kimi çalışır. Hazırda «Sağlam Təbəssüm» klinikasında (Aydın Məmmədov küç. 18A, Şəki) xəstə qəbul edir.
Gündəlik praktikasında terapevtik, ortopedik və ortodontik stomatologiyanı birləşdirir: estetik kompozit restavrasiya və kanal müalicəsindən zirkonium və metal-keramika konstruksiyalara, total, hissəvi və bügel protezlərə, breket müalicəsinə qədər. Uşaq xəstələrlə işə və diş həkimindən qorxan böyüklərlə ünsiyyətə xüsusi diqqət ayırır.
Şəkidən başqa Oğuz, Qax və Qəbələdən, eləcə də xaricdən — Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən gələn xəstələri müalicə edib. Müalicə nəticələrini və maarifləndirici videolarını Instagram səhifəsində və YouTube kanalında paylaşır.
İş prinsipləri
- Təbii görünüşü qorumaq. Estetik müalicədə məqsəd dişləri süni və həddən artıq dəyişmək deyil, üz cizgilərinə uyğun harmonik təbəssüm yaratmaqdır.
- Dişi mümkün qədər saxlamaq. Plombla bərpası mümkün olan dişə qapaq tövsiyə olunmur; çəkilməsi məsləhət görülən dişlər üçün də əvvəlcə bərpa imkanları qiymətləndirilir.
- Protokola əməl etmək. İzolyasiya, retraksiya sapı, pilləli yonum, rentgen və apeks lokator nəzarəti kimi addımlar nəticənin uzunömürlü olması üçün vacib sayılır.
- Xəstə ilə açıq ünsiyyət. Müalicə variantları, mərhələlər və gözlənilən nəticə əvvəlcədən izah olunur; qərar xəstə ilə birlikdə verilir.
Stomatologiya tibbin ən inkişaf etmiş sahələrindən biridir və yeniliklərdən geri qalmamaq üçün daim təlimlərdə, kurslarda iştirak etmək hər bir stomatoloqun birinci vəzifəsi olmalıdır.
Təhsil və davamlı inkişaf
-
2026
Həkimləri təkmilləşdirmə institutunda təlim
Respublikanın müxtəlif bölgələrindən olan həkimlərlə birgə yeddi günlük nəzəri təkmilləşdirmə kursu.
-
2025
Vinirlər üçün diş preparasiyası
Dr. Anar Seyidovun vinirlərin preparasiyası üzrə praktiki kursu, sertifikatla.
-
2025
Rubber dam izolyasiyası
Müalicə sahəsinin rezin örtüklə izolyasiyası üzrə praktiki təlim.
-
2025
«Sadə və qabaqcıl estetik kompozit restovrasiyalar»
Dos. Bora Korkutun master-klassı — akkreditə olunmuş, 8 kreditlik təlim.
-
2025
«Mənim Ortodontiyam» konfransı
Azərbaycan Ortodontlar Dərnəyinin təşkil etdiyi konfrans.
-
Əvvəlki illər
Estetik restavrasiya və endodontiya kursları
Dental Update tərəfindən təşkil olunan Dr. Murad Axundovun estetik restavrasiya kursu və endodontiya seminarı.
-
2005–2010
Azərbaycan Tibb Universiteti
Ali tibbi təhsil.
İctimai fəaliyyət
2026-cı ilin iyununda «Sevgi ilə — Stomatoloji Dayaq» layihəsinin və «Dayaq» Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, Splat şirkətinin dəstəyi ilə Şəkidə «Fırçala, Gülümsə, Parla» adlı maarifləndirici tədbir keçirildi. «YAŞAT» Fondunun düşərgəsində 40 şəhid övladına ağız boşluğu gigiyenası öyrədildi, uşaqların ağız boşluğu ödənişsiz müayinə olundu. Dr. Vəfa Məmmədova tədbirdə könüllü həkim kimi iştirak edib.
Qəbul
Müayinə və müalicə planı üçün qəbula yazılın
Qəbul vaxtını əvvəlcədən telefonla və ya klinikanın WhatsApp xətti ilə razılaşdırın.